Tehran. Süleyman Fərzəliyev - APA. İranın Konstitusiyaya Nəzarət Şurası Daxili İşlər Nazirliyinə namizədliyi təsdiqlənmiş şəxslərin yekun siyahısını göndərib.
APA-nın Tehran bürosunun məlumatına görə, fevralın 18-dən parlament seçkilərində namizəd olan şəxslərin təbliğat-təşviqat kampaniyasına rəsmən start veriləcək.
Təbliğat kampaniyası fevralın 24-dək davam edəcək.
Parlament seçkilərində 12 min nəfərin namizədliyi irəli sürülsə də, onlardan 51 faizinin namizədliyi təsdiqlənib. Parlament seçkiləri fevralın 26-da keçiriləcək.
İran rəsmiləri namizədliyi təsdiq olunmuş şəxslərin arasında bütün siyasi qrupların təmsilçilərinin olduğunu elan etsələr də, bəzi siyasi qruplar onların irəli sürdüyü şəxslərin namizədliyinin təsdiqlənmədiyi üçün etiraz ediblər.