Bakı. Anaxanım Hidayətova-APA. Sabah üç illik fasilədən sonra ilk dəfə olaraq İsrail və Fələstin arasında danışıqlar başlayacaq. APA-nın “Reuters” agentliyinə istinadən bu barədə Fələstin prezidentinin köməkçisi Məhhəd Abbas Nabil Abu Rudayni bildirib.
Xatırladaq ki, görüş ərəfəsində İsrail tərəfi 104 fələstinli məhbusu azad edib. Fələstin tərəfi İsrailin bu addımını alqışlayıb.
İsrail Nazirlər Kabinetinin qərarına əsasən, Fələstinlə bağlı bütün qərarlar İsraildə referenduma çıxarılacaq. İsrail baş nazirinin sözlərinə görə, tarixi qərarların qəbulunda ölkənin hər vətəndaşı iştirak etməlidir.