Bank Of Baku

Səfir: “İran regionda, o cümlədən Xəzər dənizində hansısa xarici qüvvələrin iştirakının əleyhinədir”

Səfir: “İran regionda, o cümlədən Xəzər dənizində hansısa xarici qüvvələrin iştirakının əleyhinədir”
# 07 oktyabr 2013 07:11 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran regionda, o cümlədən Xəzər dənizində hansısa xarici qüvvələrin iştirakının əleyhinədir”.

 

APA-nın İran mətbuatına istinadın verdiyi məlumata görə, bunu İranın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rza Səccadi deyib.

 

Səfir bildirib ki, Xəzər dənizi 5 sahilyanı ölkə arasında dostluq və sülh dənizidir: “Biz də bu dənizdə xarici qüvvələrin iştirakının, həmçinin Mərkəzi Asiyada xarici hərbi bazaların yerləşdirilməsinin əleyhinəyik”.

 

R. Səccadi deyib ki, İran və Rusiya birqütblü dünyanın olmasına qarşıdırlar: “Biz ölkələrin daxili işlərinə müdaxilənin edilməsi və müharibələrin aparılmasının əleyhinəyik”.

 

Səfir vurğulayıb ki, Suriya məsələsində İranla Rusiyanın eyni mövqeləri iki ölkə arasındakı münasibətlərin daha da güclənməsinə səbəb olub: “Suriya məsələsi İranla Rusiyanın artıq bir cəbhədə olduqlarını göstərdi. Rəsmi Moskvanın Suriya mövzusundakı davranışı İranla Rusiyanın bir-birinə daha yaxın dayanmaları və eyni gəmidə iştirak etmələrinə səbəb oldu. Hər iki ölkə Suriya böhranının yalnız siyasi yolla həll edilə biləcəyinə inanırlar. Amma bu şərtlərdə ABŞ və bəzi Qərb və ərəb ölkələri hələ də Suriya hökumətinə müxalif olan qruplara maliyyə və hərbi dəstəklərini davam etdirirlər”.

 

R. Səccadi İranla Rusiya arasında S-300 PMU-1 zenit-raket kompleksinin alqı-satqısı məsələsində yaranmış problemə də toxunub: “Bu mövzvü araşdırılıb. Lakin bu barədə hələlik ciddi müzakirə keçirilməyib. İranla Rusiya arasındakı əlaqələr inkişaf edir və bu baxımdan S-300 PMU-1 zenit-raket kompleksinin alqı-satqısı məsələsində yaranmış problem iki ölkə arasında əlaqələrin güclənməsinə maneə törətmək iqtidarında deyil”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR