Bakı. Real Cəfərli – APA. “Altılıq” ölkələri növbəti nüvə müzakirələrinə hazırdırsa, biz danışıqları İranda baş tutacaq prezident seçkilərinədək keçirə bilərik”. APA-nın məlumatına görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili İranın İstanbuldakı Baş Konsulluğunda keçirdiyi mətbuat konfransında bildirib. O, tarixini açıqlamasa da, növbəti nüvə müzakirələrinin tezliklə başlayacağını deyib. S.Cəlili həmçinin vurğulayıb ki, İran heç zaman uranı zənginləşdirmək hüququndan vaz keçməyəcək.
Qeyd edək ki, mayın 15-də gecə saatlarında Türkiyənin İstanbul şəhərində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında dörd saatlıq görüş keçirilib.