Bakı. Real Cəfərli – APA. İran prezidentliyinə namizəd Səid Cəlili dövlət büdcəsinin neftdən asılılığına son qoymağı öz hökumətinin başlıca iqtisadi proqramlarından biri adlandırıb.
APA-nın İRİB-ə istinadən məlumatına görə, S.Cəlili sanksiyaları ölkənin iqtisadi potensiallarından yararlanmaq, xüsusilə neftdən asılılığa son qoymaq üçün fürsət sayıb.
Prezidentliyə namizəd bildirib ki, İran malik olduğu strateji mövqeyə görə nəqliyyat sahəsində mühüm rol oynaya və şimal-cənub dəhlizi çərçivəsində müqavimət iqtisadiyyatını formalaşdıra bilər.
S.Cəlili proqramlarının əsasən İslam inqilabı dialoqu və dini təfəkkürün gerçəkləşməsi üzərində qurulduğunu deyib: “İranlıların dini təfəkkürünə əsasən, müqəddəs müdafiə dövründə torpaqlarımızın bir qarışını belə əldən vermədik və bu gün də heç kəs bizim torpaqlarımıza tamah gözü ilə baxmağa cürət etmir”.
Prezidentliyə namizəd həqiqi İslam dialoqunun gündəmə gətirilməsini xarici siyasətinin əsas proqramlarından adlandırıb: “Bu gün İran regional bir gücdür və İransız məsələləri həll etmək olmaz. Hətta Qərb ölkələri belə etiraf edirlər ki, bu gün İran xarici siyasət sahəsində böyük imkanlara malikdir”.
S.Cəlili həmçinin İranla “altılıq” ölkələri arasında davam etdirilən nüvə müzakirələrinə də toxunub: “İslam inqilabı dialoqu sayəsində dünyanın 6 böyük gücü İranın bir nüvə gücü olduğunu qəbul edib və artıq uranın zənginləşdirilməsi prosesinin dayandırılması məsələsi müzakirələrdən kənarlaşdırılıb”.
Bu arada
Qeyd edək ki, S.Cəlili İmam Sadiq Universitetinin Siyasi elmlər fakültəsində həm bakalavr, həm magistratura, həm də doktorantura təhsili alıb. O, 18 il müxtəlif vəzifələrdə, o cümlədən İran Xarici İşlər Nazirliyinin nəzarət idarəsinin rəhbəri, XİN-də birinci Amerika şöbəsinin müdir müavini, Avropa və Amerika şöbəsinin müdir müavini və rəhbərlik ofisinin araşdırmalar şöbəsinin müdiri vəzifələrində çalışıb. İran Məsləhət Şurasının üzvü olmuş S.Cəlili 2007-ci ildən İran Ali Milli Təhlükəsizlik Şurasının katibidir.
M.Qalibaf isə Tehran Universitetinin Siyasi coğrafiya fakültəsində doktorantura təhsili alıb. İran Nizam-İntizam Qüvvələrinin, eyni zamanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sabiq komandanlarındandır. O, 2005-ci ildə keçirilmiş prezident seçkilərində də iştirak etməsinə baxmayaraq, kifayət qədər səs qazana bilməyib. 2005-ci il sentyabrın 4-də Tehran Şəhər Bələdiyyəsinin sədri seçilib. 2007-ci ilin sentyabrında kifayət qədər səs toplayaq yenidən 4 il müddətinə bu vəzifəyə seçilib. Hazırda “Ədalət və İnkişaf” və ya “2+1” seçki koalisiyasının üzvüdür.