Bank Of Baku

SEPAH komandanı: "ABŞ bütün dünyaya etibarsız olduğunu bir daha sübut edib"

SEPAH komandanı: "ABŞ bütün dünyaya etibarsız olduğunu bir daha sübut edib"
# 09 may 2018 11:51 (UTC +04:00)

İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) komandanı  Məhəmməd Əli Cəfəri ABŞ-ın İranın nüvə proqramı ilə bağlı sazişdən çıxmasına münasibət bildirib.

 

APA-nın Tehran bürosunun məlumatına görə, o bildirib ki, Avropa müstəqil qərar qəbul etmək gücünə malik deyil.

 

"Nüvə sazişinin taleyi artıq məlumdur. Ölkənin tək  inkişaf yolu daxili potensialdan istifadə etməkdir. ABŞ bir daha bütün dünyaya etibarsız olduğunu sübut etdi. Uranın zənginləşdirilməsi məsələsi ABŞ üçün bəhanə idi", - deyə M. Cəfəri vurğulayıb.

 

O qeyd edib ki, ABŞ-ın İranın nüvə proqramı ilə bağlı sazişdən çıxmasına ölkəsinin müdafiə gücü, bölgədəki fəaliyyəti və terrorizmlə mübarizədə nailiyyəti səbəb olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR