Bakı. Real Cəfərli - APA. İranın yeni prezidenti Həsən Ruhaninin avqustun 4-də ölkə parlamentində keçirilməsi planlaşdırılan andiçmə mərasimində 10 dövlət başçısı iştirak edəcək.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumatına görə, bunu İran parlamentinin protokol idarəsinin rəhbəri Seyid Məhəmməd Yasrəbi bildirib.
Onun sözlərinə görə, H. Ruhaninin inauqurasiya mərasimində Ermənistan, Livan, Əfqanıstan, Pakistan, Qazaxıstan, Koreya Xalq Demokratik Respublikası, Türkmənistan, Qvineya-Bisau, Toqo və Tacikistan prezidentlər səviyyəsində təmsil olunacaqlar: “Bundan əlavə, üç ölkənin baş naziri, 5 dövlətin parlament sədri və 6 ölkənin xarici işlər nazirinin andiçmə mərasimində iştirak edəcəyi dəqiqləşib. Qonaqların tam siyahısı avqustun 1-də hazır olacaq”.
Qeyd edək ki, Azərbaycanı İran prezidentinin andiçmə mərasimində Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.