Bakı. Real Cəfərli – APA. “İranın Bəşər Əsəd rejiminə silah göndərməsinin qarşısını almaq üçün bu ölkəyə yeni sanksiyalar tətbiq edilməlidir”. APA-nın məlumatına görə, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Səud əl-Faysal bildirib.
Onun sözlərinə görə, rəsmi ər-Riyad İran və “Hizbullah”ın Suriyadakı vətəndaş müharibəsinə daxil olmasına səssiz qalmayacaq: “İran və “Hizbullah”ın Suriyanın daxili işlərə qarışması təhlükəlidir”.
S. əl-Faysal həmçinin bildirib ki, suriyalı müxaliflərin özlərini müdafiə etmələri üçün silahlandırılması lazımdır.