Bakı-APA. Şimali Koreya qatı yanacaqlı raket mühərrikini sınaqdan keçirib.
APA-nın xəbərinə görə, bu barədə rəsmi Pxenyanın STAK agentliyi məlumat yayıb.
Qeyd olunur ki, sınaqlar Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın rəhbərliyi ilə baş tutub.
“Koreya ordusunun hərbi qüdrətinin möhkəmləndirilməsi naminə, yerli texnologiyalar əsasında həyata keçirilən bugünkü sınaq tarixi və strateji əhəmiyyətə malikdir”, deyə Şimali Koreya lideri bildirib.
Xatırladaq ki, ötən həftə Şimali Koreya Yapon dənizinə doğru ballistik raketlər buraxıb.
Martın 17-də ABŞ prezidenti Barak Obama Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib