Bakı-APA. Şimali Koreya Koreya yarımadasının cənub-qərb sahillərindən Yapon dənizinə yaxın mənzilli 2 raket buraxıb. APA-nın “İTAR-TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya hökumətinin bəyanatında bildirilib.
Məlumata görə, KXDR 500 km məsafəyə uça biləcək “Skad” raketlərini sınaqdan keçirib.
Xatırladaq ki, bundan əvvəl, iyunun 29-da və iyulun 2-də də Şimali Koreya Yapon dənizinə yaxın mənzilli raketlər buraxıb. Məlumata görə, ölkə lideri Kim Çen In raketlərin sınaqdan keçirilməsini izləyib.