Bank Of Baku

Şimali Koreyanın buraxdığı raketlər 150-160 km uçaraq havada partlayıblar

Şimali Koreyanın buraxdığı raketlər 150-160 km uçaraq havada partlayıblar
# 22 iyun 2016 04:51 (UTC +04:00)

Bakı-APA.  Şimali Koreyanın buraxdığı ballistik raketlər 150-160 km uçaraq havada partlayıblar.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu “Renhap”a  Cənubi Koreyanın rəsmi qurumlarındakı mənbə bildirib.

 

“Təhlil göstərir ki, 4 min km-dək məsafəni qət edə biləcək “Musudan” sinfinə aid raketlər cəmi 150 km-dən çox məsafəni qət edə biliblər”, -  deyə mənbə bildirib.  

 

Mənbə qeyd edib ki, uçuş zamanı raketlər bir neçə hissəyə parçalanıb.

 

“Renhap”-ın məlumatına görə, KXDR lideri Kim Çem In raket buraxılışına şəxsən nəzarət edib.

 

Qeyd edək ki, Şimali Koreya bir qədər əvvəl iki ballistik raketin buraxılışını həyata keçirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR