Şimali və Cənubi Koreya liderləri Kim Çen İn və Mun Çje İn arasında danışıqların ilk mərhələsi başa çatıb.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, danışıqlar zamanı Kim Çen İn iki Koreya arasında qarşıdurmanın başa çatdırılmasını, Mun Çje İn isə iki ölkə arasında dəmir yolu rabitəsinin qaydaya salınmasını təklif edib.
Cənubi Koreya və KXDR rəhbərləri Şimal-Cənub münasibətlərinin yaxşılaşdırılması, sülh və birləşmənin perspektivlərinə dair məsələlərin müzakirəsini davam etdirəcəklər.
Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen In arasında görüş bu gün demilitarizasiya zonasının cənubunda yerləşən Phanmuncom sərhəd məntəqəsində keçirilib. Mun Çje İn və Kim Çen In bir-birlərinin əllərini sıxıb, salamlaşıblar. Liderlər birgə şəkil çəkdirdikdən sonra danışıqlara başlayıblar.