Bank Of Baku

Son 30 ildə Urmiya gölünün ərazisi xeyli kiçilib

Son 30 ildə Urmiya gölünün ərazisi xeyli kiçilib
# 13 may 2013 07:59 (UTC +04:00)

APA-nın İSNA-ya istinadən məlumatına görə, bu sıraya Urmiya gölü də daxildir. Layihə çərçivəsində 1984-cü ildən etibarən çəkilmiş şəkillər təqdim olunub. Həmin fotolarda Urmiya gölünün nə qədər ərazisinin kiçildiyi açıq-aşkar görünür.

 

Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kvadrat kilometr olan Urmiya gölü 50 il ərzində 70 faizi tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Hazırda Urmiya gölündə hər 1 litr suda 400 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir.

 

İran prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunub. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırıb. Son illərdə Urmiya gölü rayonunda 17 su bəndi tikilib, gölün şərqindən qərbinə uzanan və gölü iki yerə bölən torpaq keçid tikilib. Ekoloqların sözlərinə görə, bu, gölün qurumasının əsas səbəbidir, nəticədə göl bəzi yerlərdə on kilometrlərlə quruyub və səviyyəsi 6 metr düşüb.

 

BMT-nin Ətraf Mühit Proqramı 2012-ci il martın 19-da Urmiya gölünün qurumasının ekoloji sonucları barədə xəbərdarlıq edib və bildirib ki, 1995-ci ildən 2011-ci ilə kimi göldə suyun səviyyəsi 7 metr düşüb, kosmosdan çəkilmiş şəkillərə görə isə gölün səthinin sahəsi 6100 kvadrat kilometrdən 2366 kvadrat kilometrə qədər azalıb. BMT-nin Ətraf Mühit Proqramı Urmiya gölünün taleyinin də Aralın kədərli aqibətinə oxşaya biləcəyi barədə narahatlıq bildirir. BMT-nin İnkişaf Proqramı həmçinin İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardımı edib.

 

2011-ci ildə Təbrizdə, Urmiyada və Güney Azərbaycanın başqa şəhərlərində İran hökumətinin gölün quruması probleminə laqeyd qalması ilə bağlı kütləvi etirazlar olub. Nümayişlər gözyaşardıcı qazla və rezin güllələrlə dağıdılıb. Həmin aksiyalar zamanı yüzlərlə azərbaycanlı fəal həbs olunaraq ağır şəkildə cəzalandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR