Bakı – APA. Son iki saat ərzində İndoneziyada ikinci güclü zəlzələ olub.
APA – nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların gücü Rixter cədvəli ilə 5,3 bal təşkil edib.
Zəlzələnin episentri Tual şəhərindən 436 kilometr cənub-şərqdə yerləşib.
Dağıntı və insan tələfatı haqda məlumat yoxdur.