Bank Of Baku

Şri Lankada güclü leysan yağışları 5 nəfərin həyatına son qoyub, 17 nəfər itkin düşüb

Şri Lankada güclü leysan yağışları 5 nəfərin həyatına son qoyub, 17 nəfər itkin düşüb
# 09 iyun 2013 04:49 (UTC +04:00)

Bakı-APA. Şri Lanka adasında tüğyan edən leysan yağışları səbəbindən 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb, 17 balıqçı isə itkin düşüb. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, hərbi-dəniz donanması və helikopterlərin köməyi ilə 20 balıqçı xilas olunub. Ölənlərdən 4-ü balıqçıdır, bir nəfər isə yıxılan ağacın altında qalaraq ölüb. Ölkənin cənub-şərqində mussonların fəallaşması ilə bağlı fırtına xəbərdarlığı elan olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR