Bakı – APA. Suriya BMT-dən terrorçuları maliyyələşdirən ölkələrin cəzalandırılmasını tələb edib.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Suriya Xarici İşlər Nazirliyi BMT baş katibinə və BMT Baş Assambleyasına müvafiq müraciət göndərib.
Suriya hökuməti BMT-dən Dəməşq və Homs şəhərlərində baş vermiş terror aktlarını qətiyyətlə pisləməyə çağırıb.
Rəsmi Dəməşq həmçinin terror təşkilatlarını maliyyələşdirən ölkələrə qarşı sanksiyaların qəbul edilməsini tələb edib.