Bank Of Baku

Suriya BMT-ni uçuşa qadağan zonası ideyasından əl çəkməyə çağırıb

Suriya BMT-ni uçuşa qadağan zonası ideyasından əl çəkməyə çağırıb
# 29 iyul 2013 19:27 (UTC +04:00)

Bakı-APA. Suriya BMT-ni bu ölkədə uçuşa qadağan zonaların yaradılması ideyasından əl çəkməyə çağırıb. Suriyanın BMT yanında daimi nümayəndəsi Bəşər Cəfərinin sözünə görə, bu ideya ölkədəki böhranı nizamlamağa imkan verməyəcək.

 

"Biz səmimi olaraq sülhə can atmalıyıq. Uçuşa qadağan zonasının yaradılması çağırışları isə bu məqsədə xidmət etmir», deyə Cəfəri bildirib.

 

Suriyada uçuşa qadağan zonalarının yaradılması ideyası bir sıra Qərb ölkələri tərəfindən irəli sürülüb. Liviyada belə zonaların yaradılması nəticədə hərbi müdaxiləyə və hakimiyyətin devrilməsinə gətirib çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR