APA-nın verdiyi məlumata görə, belə bir bəyanatla Cenevrədə keçirilən brifinqdə BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi çıxış edib.
Danışıqların ikinci günündə müxalifət nümayəndələri hökumətin xahişini yerinə yetirəcəklərini və əsir saxlanılan şəxslərin siyahısını hazırlayacaqlarını vəd ediblər.
L. Brahimi danışıqların gedişatından razı qaldığını bildirib. “Ümumiyytlə, tərəflər bir-birinə hörmətlə yanaşır və anlaşmanın əldə edilməsinin nə dərəcədə vacib olduğunu anladıqlarını nümayiş etdirir”, - deyə o vurğulayıb.
L. Brahimi həmçinin bildirib ki, bu gündən Homs şəhərində humanitar yüklə dolu maşınlar yola düşə bilər.