Bank Of Baku

Suriya müxalifəti Livanla sərhəddə gedən döyüşlərdə İranın iştirak etdiyini bəyan edib

Suriya müxalifəti Livanla sərhəddə gedən döyüşlərdə İranın iştirak etdiyini bəyan edib
# 22 may 2013 03:48 (UTC +04:00)

Bakı-APA. Suriya müxalifəti Suriya-Livan sərhədində gedən döyüşlərdə İranın həbi iştirakı barədə  xəbər verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Vaşinqtonda keçirilmiş brifinqdə ABŞ Dövlət Departamentinin yüksək vəzifəli məmur bəyan edib.   

 

“İranlılar barədə məlumatlar bizə döyüşlərdə iştirak edən “Suriyanın azad ordusu”nun təmasda olduğumuz komandirlərindən daxil olur”, deyə Dövlət Departamentinin nümayəndəsi qeyd edib.  

 

O əməliyyatlarda iştirak edən iranlıların sayını açıqlamayıb. Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, ABŞ İranın Suriyadakı hərəkətlərini “çox zərərli” qiymətləndirir.   

 

“Mənim bildiyimə görə, Suriya hökuməti İran və “Hizbullah”ın dəstəyini alqışlayır <…> İranın və “Hizbullah”ın rolu son iki ayda xeyli artıb və çox zərərli həddə çatıb”, deyə o qeyd edib.  

 

Ötən gün Dövlət Departamenti bəyan edib ki, Suriya ordusu və Livanın “Hizbullah” hərəkəti Əl Küseyr şəhərinə birgə hücum həyata keçirib, nəticədə 90 nəfər ölüb.   

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR