Bakı-APA. Suriya hökumət ordusu Hələb şəhərinin şimalında keçirilmiş xüsusi əməliyyat zamanı 40-dək silahlını zərərsizləşdirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın SANA informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, öldürülənlərin əksəriyyəti xarici dövlətlərin vətəndaşlarıdır. Müdafiə Nazirliyindəki mənbələrin məlumatına görə, əməliyyat Retyan yaşayış məntəqəsində keçirilib.