Bank Of Baku

Suriya ordusu Livan sərhədi yaxınlığında üsyançıların bazasını ləğv edib

Suriya ordusu Livan sərhədi yaxınlığında üsyançıların bazasını ləğv edib
# 25 may 2013 20:53 (UTC +04:00)

Bakı-APA. Suriya ordusu Livan sərhədi yaxınlığında yerləşən Əl Kuseyr şəhərindəki Debaa aerodromunda üsyançıların bazasını ləğv edib. APA-nın “Vesti.ru”ya istinadən verdiyi xəbərə görə, bundan əlavə, üsyançıların  Xamidiyyə və Arcun şəhərləri yaxınlığında yerləşən  yüksəkliklərdəki plasdarmları ələ keçirilib. Həmçinin Homsdan Livanın Bəlbek şəhərinə gedən yol Suriya ordusunun nəzarəti altına keçib.   

 

“BBC”nin verdiyi xəbərə görə, Əl Kuseyr uğrunda şiddətli döyüşlər artıq bir həftədir ki davam edir. Suriya dövlət KİV-ləri üsyançılar arasında böyük itkilər barədə məlumat verir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR