Bakı-APA. Cenevrədə Suriya üzrə tamformatlı danışıqların bərpası martın 14-də gözlənilir.
APA-nın məlumatına görə, bu barədə TASS agentliyi diplomatik mənbələrə istinadən məlumat verib.
“Hazırkı vəziyyətə əsasən, danışıqların martın 14-də bərpa olunmalıdır”, deyə mənbə bildirib.
Onun sözlərinə görə, artıq bu həftə ayrı-ayrı məsləhətləşmələrin keçirilməsi nəzərdə tutulub.