Bank Of Baku

Suriya üzrə sülh danışıqları martın 7-də bərpa olunacaq

Suriya üzrə sülh danışıqları martın 7-də bərpa olunacaq
# 26 fevral 2016 10:09 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Suriya ilə bağlı danışıqlar martın birinci həftəsində Cenevrədə bərpa oluna bilər.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-dəki mənbə bildirib.

 

“İlkin plana əsasən, Suriya üzrə danışıqlar martın 7-də Cenevrədə keçiriləcək”, - deyə mənbə qeyd edib.

 

Qeyd edək ki, daha əvvəl TASS agentliyi Suriya müxalifətindəki mənbəyə istinadən məsləhətləşmələrlə bağlı danışıqların martın 1-ci həftəsində baş tutacağını bildirmişdi.

 

Fevralın əvvəllərində Cenevrədə keçirilən danışıqların ilk raundu nəticəsiz başa çatıb. Danışıqların fevralın 25-nə bərpa edilməsi nəzərdə tutulsa da, BMT baş katibinin Suriya üzrə nümayəndəsi Staffan de Mistura bunun üçün şərtlərin uyğun olmadığını hesab etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR