Bank Of Baku

Suriyada atəşkəs rejimi qüvvəyə minib

Suriyada atəşkəs rejimi qüvvəyə minib
# 26 fevral 2016 23:54 (UTC +04:00)

Bakı-APA. Suriyada hökumət qüvvələri ilə silahlı müxalifət qrupları arasında atəşkəs rejimi qüvvəyə minib.

 

APA-nın "Gazeta.ru"-ya istinadən məlumatına görə, bundan əvvəl BMT-nin Təhlükəsizlik Şurası yekdilliklə atəşkəs rejimini dəstəkləyən qətnamə qəbul edib.

 

Sənəddə qeyd olunub ki, Suriya hökumət qüvvələri, həmçinin müxalif birləşmələr döyüş əməliyyatlarının dayandırılması şərtlərini qəbul etdikləri barədə Rusiya və ABŞ-ı məlumatlandırıblar.

 

“Atəşkəs rejiminə əməl olunduğu halda, münaqişə tərəfləri nümayəndələrinin növbəti görüşü martın 7-də keçiriləcək”, deyə BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bildirib.

 

Qeyd edək ki, ABŞ və Rusiya Federasiyası arasında imzalanan razılaşmaya əsasən fevralın 27-dən Suriyada hökumət qüvvələri və müxalifətin silahlı qrupları arasında atəşkəs qüvvəyə minir.

 

Bununla belə, İŞİD və “Cəbhət ən Nüsrə” qruplaşmalarına qarşı əməliyyat davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR