Bank Of Baku

Azad Suriya Ordusunun briqada komandiri: "Atəşkəs rejiminə əməl olunur"

Azad Suriya Ordusunun briqada komandiri: "Atəşkəs rejiminə əməl olunur"
# 27 fevral 2016 10:51 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Suriyada bu gecədən qüvvəyə minmiş atəşkəs rejiminə əməl olunur. APA-nın RIA "Novosti”-yə istinadən verdiyi məlumata görə, Azad Suriya Ordusunun briqada komandiri Husam Saleh Alyan Dəməşq yaxınlığında silahlı toqquşmaların daha çox baş verdiyi Daraya şəhərində atəşkəs rejiminin pozulmadığını açıqlayıb: “Saat 00:06 bir neçə atəş səsləri eşidildi. 00:10-dan sonra isə heç bir atəş açılmayıb”.

 

Rusiya Müdafiə Nazirliyi isə Suriyanın 34 yaşayış məntəqəsində hərbi əməliyyatların dayandığını açıqlayıb. Rusiya Hava Kosmik Qüvvələrinin Suriya vaxtı ilə saat 00:00-dan atəşkəs rejiminə əməl edilməsi ilə bağlı müraciət göndərən silahlı qruplaşmalara zərbələri dayandırdığı da bildirilib: “Hava Kosmik Qüvvələri Suriyanın bütün ərazilərində vəziyyəti nəzarətdə saxlayır”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR