Bank Of Baku

Suriyada islamçılar 50 əsiri qətlə yetiriblər

Suriyada islamçılar 50 əsiri qətlə yetiriblər
# 07 yanvar 2014 13:17 (UTC +04:00)

Bakı-APA. “İraq və Levanta islam dövləti” adlı radikal dini qruplaşması yanvarın 6-da Hələbdə əsir saxladığı şəxsləri qətlə yetirib. APA-nın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı Suriya müxalifətinə və yerli fəallara istinadən xəbər yayıb.

 

Suriyanın “Yerli koordinasiya komitələri” təşkilatının yaydığı məlumatda islamçıların ən azı 50 nəfəri qətlə yetirdiyi bildirilir. Öz növbəsində “Liva-at-Tauhid” islam dini qruplaşması bəyan edib ki, onun üzvləri öldürülən 20 nəfər əsirin meyitini görüb.

 

Öldürülənlər arasında jurnalistlər, humanitar missiyaların əməkdaşları və yerli sakinlər olub.

 

Suriya Jurnalistləri Assosiasiyası bəyan edib ki, qətlə yetirilən əsirlər arasında Suriyanın “Şada əl Harriya” telekanalının 4 əməkdaşı olub. Jurnalistlərin “İraq və Levanta islam dövləti” qruplaşması tərəfindən ötən ilin dekabr ayında oğurlandığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR