Bank Of Baku

Suriyada yaraqlılar XİN rəhbərinin müavininin atasını girov götürüb

Suriyada yaraqlılar XİN rəhbərinin müavininin atasını girov götürüb
# 18 may 2013 17:57 (UTC +04:00)

Bakı-APA. Naməlum silahlı şəxslər bu gün Suriya XİN rəhbərinin müavini Feysəl Mekdadın atasını girov götürüb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, insident Suriyanın cənubunda, Deraa şəhərində baş verib.   

 

Məlumata əsasən, adı açıqlanmayan girov götürülmüş şəxs 80 yaşındadır. Silahlılar hələlik heç bir tələb irəli sürməyib.  

 

Qeyd edək ki, Suriyada silahlılar müntəzəm olaraq rəsmi şəxslərə hücumlar təşkil edir. Aprelin sonlarında Dəməşqin mərkəzində terrorçu-kamikadze minalanmış avtomobillə ölkənin baş naziri Vail əl Halikinin avtomobil karvanına hücum edib, lakin baş nazir xəsarət almayıb.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR