Bakı-APA. Türkiyə ilə sərhəddə yerləşən Carablus şəhəri Azad Suriya Ordusunun nəzarəti altına keçib.
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, şəhər İŞİD qruplaşmasının silahlılarından təmizlənib.
Məlumata əsasən, Türkiyə ordusu itki verməyib. Azad Suriya Ordusunun bir əsgəri həlak olub, 10-u yaralanıb.
Xatırladaq ki, hazırda Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində hava və yerüstü əməliyyatlar keçirir.