Bank Of Baku

Suriyanın Dostları Qrupu suriyalı müxaliflərə hərbi dəstək göstərilməsi məsələsini razılaşdırıb

Suriyanın Dostları Qrupu suriyalı müxaliflərə hərbi dəstək göstərilməsi məsələsini razılaşdırıb
# 22 iyun 2013 16:06 (UTC +04:00)
APA-nın xarici mediaya istinadən verdiyi məlumata görə, toplantıda Türkiyə, ABŞ, İngiltərə, Fransa, Misir və Səudiyyə Ərəbistanı daxil olmaqla 11 ölkənin xarici işlər naziri iştirak ediblər.

Görüşün yekunlarına dair keçirilən mətbuat konfransında Qətərin xarici işlər naziri Həməd bin Qasim bin Cabir əl Tani suriyalı müxaliflərə hərbi dəstək göstərilməsi məsələsini razılaşdırdıqlarını vurğulayıb: «Göndərəcəyimiz hər hansı bir hərbi yardım Azad Suriya Ordusunun baş qərargah rəisi Səlim İdrisə veriləcək».

Nazir Suriyada baş verənlərin qarşısında addım atılmayacağı təqdirdə bütün bölgəni əhatə edən hadisələrin yaşanacağından əndişə duyduqlarını ifadə edib.

ABŞ-ın dövlət katibi Con Kerri isə bütün suriyalı tərəflərin içində olduğu bir Suriya arzu etdiklərini vurğulayıb. O, Suriyada məzhəblərarası qarşıdurma istəmədiklərini deyib.
 
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR