Bakı-APA. Suriya hakimiyyətinin nəzarətində olan Homs şəhərində törədilmiş partlayış nəticəsində 40 nəfər ölüb, 120 nəfər isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Londonda fəaliyyət göstərən “Suriyada insan hüquqlarının əməl olunmasına nəzarət monitorinqi mərkəzi” açıqlama verib.
Qeyd edək ki, BMT-nin son açıqlamasına görə, Suriyada 2011-ci ilin martından davam edən münaqişədə 100 mindən çox insan ölüb.