Bakı. Rəşad Süleymanov – APA. Taliban silahlıları Pakistanın şimalında Dera-İsmail Xan şəhərində həbsxanaya hücum ediblər. Bu barədə APA xarici mediaya istinadən məlumat verib.
Hücumda Talibanın 100 silahlısı və 7 kamikadze iştirak edib. Hücum nəticəsində həbsxana əməkdaşlarından qətlə yetirilənlər olub. Silahlılar 300 məhbusu həbsxanadan qaçırıblar.