Bank Of Baku

Talibançılar girov götürdüyü 4 Türkiyə vətəndaşını azad edib

Talibançılar girov götürdüyü 4 Türkiyə vətəndaşını azad edib
# 14 may 2013 20:51 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanda “Taliban” hərəkatının üzvləri girovda saxlanılan qalan 4 nəfər türkiyəli mühəndisi azad edib. APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, müvafiq bəyanatla talibançıların özləri çıxış edib.

 

Qeyd edək ki, aprelin sonlarında göyərtəsində 8 türkiyəli mühəndis olan helikopter “Taliban”ın nəzarəti altında olan Loqar əyalətində məcburi eniş edib. Helikopterdə olan Türkiyə vətəndaşları, həmçinin rusiyalı və qırğız  pilotlar talibançılar tərəfindən girov götürülüb. Girov götürülmüş türk mühəndislərdən dördü mayın 12-də Türkiyə kəşfiyyatının iştirakı ilə azad edilib bu ölkənin  Kabildəki səfirliyinə verilib.

 

Girov götürülmüş  rusiyalı və qırğız pilotların taleyi məlum deyil. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR