Bakı-APA. Taylandda turistləri daşıyan avtobus qəzaya uğrayıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu haqda NTV telekanalı xəbər yayıb. Avtobusda 44 nəfər Rusiya vətəndaşı olub.
Qəza nəticəsində 26 nəfər Rusiya vətəndaşı xəsarət alıb. Onlardan üç nəfərin vəziyyəti ağırdır.