Tayvan adasının qərbində 5,6 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Taynan şəhərindən 11,2 km cənub-qərbdə, ocağı isə 18 km dərinlikdə yerləşib.
Məlumata əsasən, bir qədər sonra eyni ərazidə 4,2 bal gücündə daha iki zəlzələ olub.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.