Bank Of Baku

Tayvanda daha bir hərbi təyyarə qəzaya uğrayıb

Tayvanda daha bir hərbi təyyarə qəzaya uğrayıb
# 20 may 2013 08:31 (UTC +04:00)

Bakı-APA. Tayvanda “Mirage 2000-5” qırıcı təyyarəsi qəzaya uğrayıb. APA-nın məlumatına görə, qəza təlim uçuşu zamanı baş verib. Hər iki ekipaj üzvü təyyarəni tərk etməyə macal tapıblar, onların həyatı üçün təhlükə mövcud deyil. Bu, son bir neçə gündə Tayvanda baş verən ikinci təyyarə qəzasıdır. Mayın 15-də Tayvan Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcısı texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Qeyd edək ki, Tayvan 1992-ci ildə Fransadan 60 ədəd “Mirage 2000-5” qırıcısı satın alıb. İstifadə müddətində bu qırıcılardan 5-i sıradan çıxıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR