Bank Of Baku

Tayvanda turist avtobusunun aşması nəticəsində ölənlərin sayı 34-ə çatıb - YENİLƏNİB

Tayvanda turist avtobusunun aşması nəticəsində ölənlərin sayı 34-ə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 14 fevral 2017 03:18 (UTC +04:00)

Tayvanda turist avtobusunun aşması nəticəsində ölənlərin sayı 34-ə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 32 nəfərin öldüyü bildirilirdi.

 

Dəqiqləşdirilmiş məlumata əsasən, qəza zamanı avtobusda 44 nəfər olub. Sərnişinlər arasında əcnəbi vətəndaş olmayıb.

 

Qəzaya ilkin səbəb kimi sürücünün sürət həddini aşması göstərilir. İnsident ötən axşam adanın inzibati mərkəzi olan Taybey şəhərində qeydə alınıb.

 

***

 

20:42

 

Tayvanda ağır yol qəzası baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident adanın inzibati mərkəzi olan Taybey şəhərində qeydə alınıb.

 

Məlumata əsasən, sərnişin avtobusunun aşması nəticəsində 32 nəfər ölüb, 16  nəfər xəsarət. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Qəzanın səbəbləri barədə məlumat verilmir.

 

Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR