Bank Of Baku

Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 3-ə çatıb

Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 3-ə çatıb
# 06 fevral 2016 03:38 (UTC +04:00)

Bakı-APA. Tayvanda baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 3-ə çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, azı 300 zərərçəkən xəstəxanalara yerləşdirilib.

 

Dağıntıların miqyası barədə tam məlumat hələ ki, verilmir. Məlumdur ki, yeraltı təkanlar əhalisi 1 milyon 800 min nəfər təşkil edən Taynan şəhərində azı 5 böyük binaya zərər vurub.  Burada 17 mərtəbəli binanın qismən uçduğu, 160 nəfərin dağıntılar altından çıxarıldığı bildirilir. Şəhərdəki ticarət mərkəzlərinin birində 70-dək insan köməksiz vəziyyətdə qalıb, onlardan 45-i xilasedicilər tərəfindən evakuasiya olunub. Bundan başqa, Taynanda 7 mərtəbəli bina və bir neçə xırda tikili qismən dağılıb.  

 

Qeyd edək ki, fevralın 5-də Tayvanda 6,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Qaosyün şəhərindən 42 km şimal-şərqdə, ocağı isə 17 km dərinlikdə yerləşib. Əvvəl zəlzələnin 6,4 bal gücündə olduğu bildirilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR