Bank Of Baku

Təbriz və Urmiyada 25 azarkeş həbs edilib

Təbriz və Urmiyada 25 azarkeş həbs edilib
# 08 yanvar 2014 11:00 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Qərbi və Şərqi Azərbaycan vilayətlərində kütləvi həbslərin həyata keçirilməsi ilə bağlı məlumat yayılıb. APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, Təbriz və Urmiya şəhərlərində futbol üzrə ölkə çempionatında mübarizə aparan “Traktor” komandasının 25 azarkeşi saxlanılıb. Buna səbəb onların öz etirazlarını bildirmələri üçün “Traktor” klubunun prezidentinin telefon nömrəsini yerli sakinlərə SMS vasitəsilə göndərmələridir. Belə ki, bir müddət əvvəl komandanın baş məşqçisi postundan uzaqlaşdırılan Məcid Cəlali yenidən komandanın başına gətirilib. Azarkeşlər isə bununla razılaşmırlar və portuqaliyalı məşqçi Toninin (Antonio Jose Konseçao Oliveyra) komandanın başına gətirilməsini istəyirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR