Bakı. Real Cəfərli - APA. Təbriz şəhərində 3 keşiş həbs edilib.
APA-nın HRAZ-a istinadən məlumatına görə, bunlar Fərşid Müdərris Əvvəl, Məhəmmədrza Piri və Yaşar Fərzin Nodur. Hər üç keşiş İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən iyulun 11-də tutulsa da, xəbər indi yayılıb.
Onların mənzillərində axtarış aparılıb, bir sıra şəxsi əşyaları müsadirə edilib. Hazırda keşişlərin ETTELAAT-ın təkadamlıq kameralarında saxlanıldıqları bildirilir. Onların həbsinin səbəbləri barədə heç bir məlumat verilmir. Bu vəziyyətdən ciddi narahat olan ailələri dəfələrlə əlaqədar orqanlara müraciət etsələr də, ancaq heç bir nəticə verməyib.