Bank Of Baku

Təbrizdə həbs edilmiş 3 azərbaycanlı tələbə azadlığa buraxılıb

Təbrizdə həbs edilmiş 3 azərbaycanlı tələbə azadlığa buraxılıb
# 26 iyun 2013 01:13 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində ölkənin yeni seçilmiş prezidenti Həsən Ruhaninin seçki qərargahının gənclər komitəsinin həbs edilmiş 3 azərbaycanlı üzvü azadlığa buraxılıb. APA-nın məlumatına görə, Təbriz Universitetinin tələbələri Behnam Nikzad, Əmin Fərid Yəhyayi və Əli Oruczadə Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıblar. Onlar İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik qüvvələri tərəfindən iyunun 18-də Təbriz küçələrində “Siyasi məhbuslara azadlıq!” şüarı səsləndirdiklərinə görə həbs ediliblər. Hakimiyyətin əleyhinə təbliğat aparmaqda günahlandırılan hər üç tələbənin evlərində yoxlama aparılıb, onlara məxsus kompüterlər, kitablar, CD-lər və bir sıra şəxsi əşyalar götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR