Bakı-APA. Polis Tehranın mərkəzində İranın futbol üzrə milli komandasının Cənubi Koreya üzərində qələbəsini qeyd edən bir qrup gəncin yeni seçilmiş prezident Həsən Rohani və müxalifət lideri Mirhüseyn Müsəviyə dəstək aksiyasını dağıdıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, aksiyanın bir neçə fəal iştirakçısı saxlanılıb.
Məlumata görə, asayiş keşikçiləri siyasi şüarlar səsləndirən gəncləri saxlayaraq onları tibbi yardım maşınlarına oturdurlar. Motosikletçilərin nəqliyyat vasitələri əllərindən alınaraq sonradan yük maşınları ilə ərazidən çıxarılır.
Aksiya iştirakçılarının əllərində siyasi liderlərin şəkilləri olan plakatlar tutub, nəqliyyat vasitələrindən siqnal verirlər.