Bank Of Baku

Tehranda Suriya ilə bağlı beynəlxalq konfransı keçiriləcək

Tehranda Suriya ilə bağlı beynəlxalq konfransı keçiriləcək
# 16 may 2013 07:16 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın paytaxtı Tehran şəhərində “Suriyanın dostları” adlı beynəlxalq konfransı keçiriləcək.

 

APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İranın xarici işlər naziri Əli Əkbər Salehi açıqlama verib.

 

Onun sözlərinə görə, tədbir bu il mayın 29-da keçiriləcək: “Konfransın məqsədi Suriyadakı böhranın həlli üçün region və bir çox ölkələrin iştirakı ilə dinc yolların tapılmasıdır. Suriyadakı böhranla bağlı misirli həmkarımla müzakirələr aparmışam. İran Misirin dördtərəfli format çərçivəsində irəli sürdüyü planın prinsipləri ilə razılaşıb. Ancaq bəzi ölkələrin də Suriyadakı böhrandan çıxış yolları ilə bağlı təklifləri var”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR