Bakı-APA. Tunis İŞİD silahlılarının hücumlarından qorunmaq üçün Liviya ilə sərhəd boyu səddin tikintisini başa çatdırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Tunisin müdafiə naziri Fərhad Xorşani bildirib.
Qeyd edək ki, divarın tikintisinə dair qərar 2015-ci ilin iyununda Sus kurort şəhərində 40 nəfərin ölümü ilə nəticələnən terror aktı törədildikdən sonra verilib. İŞİD terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.