Bank Of Baku

Tunis prezidenti bir aylıq maaşını terrorçuluqla mübarizəyə ianə edib

Tunis prezidenti bir aylıq maaşını terrorçuluqla mübarizəyə ianə edib
# 12 mart 2016 19:48 (UTC +04:00)

Bakı-APA. Tunis prezidenti Beji Kaid əs-Səbsi bir aylıq maaşını terrorçuluqla mübarizəyə ianə edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, vəsaitlər həlak olan güc strukturlarının  əməkdaşlarının və mülki şəxslərin ailələrinə yardım, həmçinin, ölkənin təhlükəsizlik qüvvələrinin dəstəklənməsi üçün nəzərdə tutulub.  

 

Tunisin  baş naziri Həbib əs-Sid dövlət başçısının bu təşəbbüsünü nümunə götürərək, hökumət üzvlərini və yüksək vəzifəli məmurları bir günlük maaşlarını terrorçuluqla mübarizəyə ianə etməyə çağırıb.   

 

İanələrin toplanması məqsədi ilə Tunis poçtunda xüsusi hesab açılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR