Bank Of Baku

Türkiyə artilleriyası İŞİD-in Suriyanın şimalındakı mövqelərinə zərbələr endirib

Türkiyə artilleriyası İŞİD-in Suriyanın şimalındakı mövqelərinə zərbələr endirib
# 29 fevral 2016 18:51 (UTC +04:00)

Bakı-APA. Türkiyə Silahlı Qüvvələri İŞİD terror qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə artilleriya zərbələri endirib. APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, zərbələr ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın əməliyyatı çərçivəsində endirilib.   

 

Məlumata görə, İŞİD-in Hələb şəhərindən 40 km şimalda yerləşən mövqelərinə 60-dək mərmi atılıb. Terrorçulara məxsus bir çox hədəflərin məhv edildiyi bildirilir.

 

Qeyd edək ki, Suriyada fevralın 27-dən etibarən atəşkəs rejimi rəsmən qüvvəyə minib.  

 

Atəşkəs rejimi “Cəbhə ən-Nüsrə”,  İŞİD və bir neçə terror qruplaşmalarına şamil edilmir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR