Bank Of Baku

Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqda PKK düşərgələrini bombalayıb

Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqda PKK düşərgələrini bombalayıb
# 23 mart 2016 11:51 (UTC +04:00)

Bakı-APA. Türkiyə Hərbi Hava Qüvvələri PKK terror təşkilatının mövqelərini bombalayıb.

 

APA-nın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, dünən yerli vaxtla saat 14:15-14:30 radələrində Hakkari vilayətinin Şəmdinli rayonunda dağlıq ərazidə PKK terror təşkilatına aid hədəflər qırıcı təyyarələr tərəfindən bombalanıb.

 

Bu gecə isə Şimali İraqdakı PKK düşərgələrinə hava hücumu olub. Gecə saat 01:12-02.30 radələrində Türkiyə Hərbi Hava Qüvvələrinin 13 qırıcı təyyarəsi Şimali İraqdakı Hakkurk bölgəsində aşkar edilən PKK hədəflərinə zərbə endirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR