APA-nın xəbərinə görə, XİN Livandakı Türkiyə vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb. Nazirlik həyati bir məsələ olmadığı təqdirdə, Livana səfər etməməyi də məsləhət görüb.
Qeyd edək ki, “Türk Hava Yolları”nın pilotları Murad Akpınar və Murad Ağca Livanın paytaxtı Beyrutda oğurlanıb. Özünü “İmam Rzanın ziyarətçiləri” adlandıran qrup olayın məsuliyyətini öz üzərinə götürüb. Onlar pilotların əvəzində Suriyada saxlanılan 9 livanlının azad edilməsi tələbin irəli sürüblər.