Türkiyə prezidenti və Səudiyyə Ərəbistanın kralı arasında telefon danışığı olub

Türkiyə prezidenti və Səudiyyə Ərəbistanın kralı arasında telefon danışığı olub
# 04 iyul 2016 23:22 (UTC +04:00)

Bakı-APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdül Əziz əl Səud arasında telefon danışığı olub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, söhbət zamanı Kralı və Səudiyyə Ərəbistan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edən prezident Ərdoğan ölkədə baş vermiş son terror hücumlarını pisləyib, həyatlarını itirən günahsız vətəndaşlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Prezident Ərdoğan və Kral Salman iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR