Bank Of Baku

Türkiyə Suriya ilə sərhəddə sədd çəkmək niyyətindədir

Türkiyə Suriya ilə sərhəddə sədd çəkmək niyyətindədir
# 23 may 2013 23:41 (UTC +04:00)

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün gömrük və ticarət naziri Həyati Yazıçı bildirib.   

 

“2,5 km uzunluğunda ucaldılacaq sədd Hatay vilayətindəki Cilvəgözü nəzarət-buraxılış məntəqəsinin ətrafında yerləşəcək”, deyə nazir qeyd edib.   

 

Onun sözlərinə görə, “söhbət Suriya ərazisindən Türkiyəyə qanunsuz keçidin qarşısını almaq məqsədi ilə tikanlı məftillə və nəzarət videokameraları ilə təchiz olunacaq divardan gedir”.  

 

Bundan öncə Ankara Reyhanlıdan 90 km aralıda, Suriya ilə sərhəddə yerləşən Yayladağı nəzarət-buraxılış məntəqəsini bir ay müddətinə bağlamağı qərara alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR