Bank Of Baku

Türkiyə XİN-in sözçüsü: “Türkiyə İrana qarşı yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən tətbiq edilmiş sanksiyalara tabe olacaq”

Türkiyə XİN-in sözçüsü: “Türkiyə İrana qarşı yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən tətbiq edilmiş sanksiyalara tabe olacaq”
# 07 avqust 2013 10:18 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Türkiyə yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən İrana qarşı tətbiq edilmiş sanksiyalara tabe olacaq”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Levent Gömrükçü bildirib. O deyib ki, Türkiyənin İrana qarşı sanksiyalar məsələsində mövqeyi aydındır: “ABŞ Nümayəndələr Palatasının İranla bağlı yeni sanksiya qərarı hələ dəqiqləşməyib. Ancaq bununla belə, rəsmi Ankara öz mövqeyini açıq şəkildə ortaya qoyub”.

 

L. Gömrükçü qeyd edib ki, Türkiyənin xarici işlər naziri İrana səfəri çərçivəsində məhsuldar görüşlər keçirib: “Nazirin İranın yeni prezidenti Həsən Ruhani və xarici işlər naziri vəzifəsinə namizədliyi irəli sürülmüş Məhəmməd Cavad Zərifi ilə görüşləri olub”.

 

Türkiyə rəsmisi İranın nüvə proqramına da toxunub: “Biz bu mövzunun bir an əvvəl tərəflər arasında siyasi müzakirələr və dialoq yolu ilə nizamlanmasını istəyirik. Əks təqdirdə, təzyiqlər və başqa tədbirlər problemi daha dolaşıq duruma salacaq və stabilliyin pozulmasına gətirib çıxaracaq. Türkiyə bu məsələdə sülh, dialoqa əsaslanan siyasi həll yolunu asanlaşdırmaq üçün əlindən gələn hər cür yardımı göstərməyə davam edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR